Şənbə , 21 Mart 2026
Drone Cameras

“Müasir Azərbaycan hekayəsi antologiyası” Misirdə nəşr olunub

Azərbaycan Respublikası Nazirlər Kabineti (ARNK) yanında Tərcümə Mərkəzinin ən iri beynəlxalq layihələrindən olan “Müasir Azərbaycan hekayəsi antologiyası” Misirdə işıq üzü görüb.

Kitab Misir Milli Tərcümə Mərkəzi ilə ARNK yanında Tərcümə Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gətirilib.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan ədəbiyyatını ərəb dünyasına ilk dəfə təqdim edən bu irihəcmli (400 səh.) topluda XX əsrdə yazıb-yaratmış yazıçıların hekayələri yer alıb.

Əsərləri ərəb dilinə Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi doktor Əhməd Sami Elaydi tərcümə edib.

Antologiyanın təqdimatının yaxın vaxtlarda Misirin paytaxtı Qahirədə keçirilməsi nəzərdə tutulur.

Check Also

ABŞ İran neftini özünə qarşı istifadə edəcək, sanksiyanı bir aylıq ləğv edir

Tramp administrasiyası ABŞ-İsrail arasında Tehrana qarşı müharibənin başlanğıcından bəri yaranan enerji təchizatına təzyiqi azaltmaq üçün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir