Azərbaycanda müharibə veteranlarına verilən müavinətin 80 manatdan 130 manata çatdırılması təklif olunur.
Boyukmillet.com xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
Onun sözlərinə görə, müharibədən sonrakı müddətdə kommunal xərclərin qiymətində müəyyən dəyişikliklər olub.