Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

Müharibənin Ukraynaya vurduğu ziyan 100 milyard dolları ötüb

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ölkəyə 100 milyard dollardan çox ziyan vurub”.

Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Oleq Ustenko bildirib.

Müşavir deyib ki, müharibədən sonra ölkəni uzun bərpa prosesi gözləyir.

Ustenkonun sözlərinə görə, vəziyyət əslində hər kəsin təsəvvür edə biləcəyindən daha ağırdır:

“Bütün dünyada Rusiya nefti və qazına tam embarqo tətbiq edilməlidir. Bu, qan puludur”.

Zelenskinin müşaviri, həmçinin qeyd edib ki, Ukraynada müharibə səbəbindən müəssisələrin 50%-i bağlanıb, qalanları isə öz imkanları hesabına işləyir.

Check Also

Xaçatryan həbs edildi

İrəvan Şəhər Cinayət İşləri üzrə Ümumi Yurisdiksiya Məhkəməsi hakim Masis Melkonyanın sədrliyi ilə arxiyepiskop Arşak Xaçatryan …