Bazar , 23 Fevral 2025
Drone Cameras

“MÜMKÜN QƏDƏR EVDƏN ÇIXMAYIN” – Baş həkimdən şok MÜRACİƏT

“Əhali bu tədbirin mahiyyətini başa düşməlidir. Bu, istirahət tədbiri deyil. Bu, əhalinin düşünərək verilmiş bir qərardır”.

Boyukmillet.com xəbər verir ki, bunu karantin xəstəxanasının baş direktoru Emin Hüseyn “REAL TV”-yə açıqlamasında deyib.

Baş direktor vətəndaşlar kütləvi yerlərdən uzaq olmağı tövsiyə edib:

“Həkim kimi əhaliyə məsləhət görərdim ki, mümkün qədər ev şəraitində olsunlar. Geniş kütləvi yerlərdə olmasınlar. Qərarın mahiyyəti ondan ibarətdir ki, insanlar bir-birilərindən az təmasda olsunlar ki, ehtimal olunan infeksiya yayılmasın. Əhalini təşvişə düşməməyə çağırıram. Bu, sadəcə qabaqlayıcı tədbirdir”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə sabahdan martın 10-a qədər bütün tədris müəssisələri bağlı olacaq.

Check Also

Azərbaycanda həbsdə olan Ruben Vardanyan aclıq aksiyasına başlayıb

O, bunu “beynəlxalq və Azərbaycan prosessual hüququnun kobud şəkildə pozulmasına cavab” adlandırır Azərbaycanda həbsdə olan …