Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Mustafa Abbasbəyli: “Azərbaycanda kadr axtarışı ilə bağlı yeni alət tətbiq olunacaq”

Azərbaycanda rəsmi karyera portalınında kadr axtarışı ilə bağlı yeni alət tətbiq olunacaq.

Boyukmillet.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Milli İnsan Resursları Forumunda deyib.

Onun sözlərinə görə, “Əmək və məşğulluq” altsistemdə (ƏMAS) “Matching” modulu tədbiq olunandan sonra müraciət edənlər öz təhsil və peşəsinə uyğun işə yönləndiriləcəklər, sonra iş yerinə uyğun namizədlər işəgötürənə göstərilir.

M. Abbasbəyli bildirib ki, ƏMAS-da ölkə üzrə vakansiya bankının formalaşdırılması və rəsmi karyera portalının mövcudluğu işsiz və işaxtaranlar üçün uyğun işlərin tapılmasına kömək edəcək.

Check Also

Azərbaycanda müxtəlif qoruyucu burunaltılıların ölkəyə idxal gömrük rüsumları dəyişib

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal …