Cümə , 27 Mart 2026
Drone Cameras

Müttəfiqlərindən Makrona: Seçki kampaniyasını dayandır

Fransa Prezidenti Emmanuel Makronun müttəfiqləri ona koalisiyanın parlament seçkilərinin ilk turundakı uğursuzluğundan sonra seçki kampaniyasını dayandırmağı tövsiyə ediblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Politico” qəzeti Fransanın “Dirçəliş” partiyasının adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

“Ona seçkiqabağı kampaniyanı dayandırmaq söylənilib. Söhbət onun bizim ismarışımıza qulaq asmasından deyil, onu bizi eşitməyə vadar etməyimizdən gedir”, – o bildirib.

Qeyd edilib ki, müttəfiqləri onun seçki kampaniyasında iştirakını istəmirlər.

Check Also

İran Hörmüz boğazından keçid üçün rüsumlar haqqında qanun layihəsi hazırlayır

İran parlamenti Hörmüz boğazından keçən bəzi gəmilərdən rüsumların rəsmiləşdirilməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyir. …