Bazar , 16 İyun 2024
Drone Cameras

Muxtar Babayev Avstriyanın ekologiya naziri ilə görüşüb

COP29-un prezidenti Muxtar Babayev Avstriyanın ekologiya naziri ilə görüş keçirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.

“Avstriyanın iqlim mühafizəsi, ətraf mühit, enerji, mobillik, innovasiya və texnologiyalar üzrə federal naziri Leonora Qevessler ilə maraqlı görüş oldu. Biz uğurlu COP29 üçün Avstriya ilə işləməyi səbirsizliklə gözləyirik”, – paylaşımda qeyd edilib.

Check Also

COP29 Könüllülərinin iştirakı ilə sahilyanı təmizlik aksiyası təşkil edilib

COP29 Könüllülük Proqramının üzvlərinin iştirakı ilə Şıx çimərliyində sahil boyu “Cleanmob” təmizlik aksiyası təşkil edilib. …