Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Myanmada üsyançılarla döyüşlərdə 23 hərbçi öldürülüb

Myanma ordusunun azı 23 hərbi qulluqçusu Çinlə sərhəddəki Milli Demokratik İttifaqının Ordusu (MNDAA) ilə toqquşmalarda öldürülüb.

Boyukmillet.com  xəbər verir ki, bu barədə MNDAA-nın nümayəndəsinə istinadən “The Hindu” saytı bildirib.

Toqquşmalar Şan ştatının Monqko rayonunda olub.

Qeyd edilir ki, Myanma ordusunun hərbi qulluqçuları bazanı etnik silahlı qruplaşmadan geri almağa cəhd göstəriblər. “Onlar (hərbçilər-red) bazamızı tutmağa gəldilər. Biz onlara zərbə endirdik”, – qruplaşmanın nümayəndəsi deyib.

Onun sözlərinə görə, avqustun 28-də Myanmanın Hərbi Qüvvələrinin 15 hərbçisi öldürülüb, sentyabrın 1-dən sonra isə daha 8 hərbçi üsyançılarla döyüşlərdə həlak olub.

Həlak olanlar arasında MNDAA silahlıları da var.

Check Also

Britaniya XİN-dən Trampa ETİRAZ

Mərkəzi Hind okeanındakı Çaqos arxipelaqının Mavriki suverenliyinə verilməsi Dieqo Qarsiyadakı hərbi bazanın qorunması üçün yeganə …