Şənbə , 27 Aprel 2024
Drone Cameras

Erməniləri niyə sevmirəm? Cavabım budur – Kuznetsov

Rusiya DİN-in Ekstremizmə qarşı mübarizə idarəsinin əməkdaşları məndən dəfələrlə soruşublar ki, niyə erməniləri sevmirəm?

Boyukmillet.com xəbər verir ki, bu sözləri tanınmış rusiyalı tarixçi alim, hərbi ekspert Oleq Kuznetsov qeyd edib.

O bildirib ki, zamanla bu suala onda universal cavab formalaşıb:

“Mən – aliməm, Qafqazı öyrənirəm, ermənilər – mənim elmi marağıma daxil olan obyektdir və bir alim kimi, öz tədqiqat obyektimi sevməyə bilmərəm. Mən erməniləri sevirəm – necə ki, entomoloq tarakanları və hörümçəkləri sevir, çünki onları öyrənir”. Bu cavabım nəticədə hamını razı saldı”.

Kuznetsov bildirib ki, hazırda başqa qurum ondan başqa söz soruşur:

“İndi mənim elmi maraq obyektimlə bağlı digər qurum – Rusiya FTX-si başlayıb maraqlanmağa ki, mən xarici ölkəyə pulla işləyən “xarici agent” deyiləm ki?

Onlar üçün belə bir cavab hazırlamışam: Mən bonistəm, xarici ölkələrin əsginazlarının kolleksiyaçısıyam, ona görə də mənim hobbimə mane olmaq olmaz. Hələlik, bu cavabım da hamını qane edir”. 

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …