Cümə , 22 Noyabr 2024
Drone Cameras

“NƏCMƏDDİN SADIQOVUN ORDUDAN UZAQLAŞDIRILMASI LAZIMDIR…” – “Ali Baş komandanın bu vacib əmri verəcəyinə inanınırıq”

Turan Partiyası Azərbaycan Silahlı Qüvvələrinin Baş qərargah rəsi Nəcməddin Sadıqovla bağlı açıqlama yayıb. Suveren.az xəbər verir ki, partiyanın mıətbuat xidmətindən verilən açıqlamada N.Sadıqovun müvəqqəti olaraq vəzifədəön alınması təklif olunur:


“İllərdir Azərbaycan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Nəcməddin Sadıqov haqda mətbuatda çox şübhəli yazılar gedir, fikirlər səslənir. Qardaşının Gümrü şəhərində yerləşən rus əsgəri birliyində komandan olması, özünün korrupsiyayla məşğul olması, ən önəmlisi Rusiya kəşfiyatıyla iş birliyində olmaqla Qarabağ savaşında dövlətimizə qarşı çalışmasıdır.


Biz bunların doğru olmasını iddia edə bilmərik. Amma bu, bir gerçəkdir ki, həmin iddialara indiyə kimi aydınlıq gətirilməyib. Belə olduğu halda, haqlı olaraq deyilənlərlə bağlı xalq arasında Nəcməddin Sadıqova etimadsızlıq yaranıb, orduda olan bütün əksiklər onunla bağlanır.


Bu hal ordumuza inamı sarsıtmaqdadır. Bütün deyilənləri nəzərə alaraq, Nəcməddin Sadıqovla bağlı araşdırmalar aparılıb, sona çatdırılmasına qədər onun ordudan uzaqlaşdırılması vacibdir. Belə olarsa, orduya etimad mühiti daha da güclənəcək. Əskərimizin, millətimizin, dövlətimizin bir bütün olması üçün ciddi addım atılmış olacaq. Bunu bizdən azaldığımız, güvənliyimiz, millət olmamız tələb edir. Biz Ali Baş komandanın bu vacib əmri verəcəyinə, Nəcməddin Sadıqovu görəvdən alacağına inanınırıq”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …