Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Nəriman Nərimanov faciəsi və ya geosiyası reallıqlar

N.Nərimanovun çoxşaxəli fəaliyyətinə yanaşıldıqda çoxlu sualların ortaya çıxır. Bu suallardan birincisi odur ki, niyə Nərimanov Azərbaycanın, eləcə də başqa türk ölkələrinin Sovet imperiyasının tərkibinə daxil olmasının tərəfdarı kimi çıxış etdi və bununla yanaşı, millətçilik yönündə də fəaliyyət göstərdi? Bütün bu amillər bizi daha dərindən düşünməyə, ilk olaraq o dönəmin ictimai-siyasi durumunu dərindən araşdırmağa və bəlli sonuca varmağa çağırır.

Ötən yüzilin ilk onilliklərində Azərbaycanda, Türküstanda, Osmanlı imperiyasında baş verən gərgin məqamlar bütövlükdə dünyanın türk millətinə qarşı apardığı oyunların əsil mahiyyətini anlamaq üçün bizdə aydın təəssürat yaradır. Sanki bütün türklərə qarşı bir səlib yürüşü elan edilmişdi. Türkü sevməyənlər ilk olaraq Osmanlı imperiyasını çökdürmək, onu bütünlüklə yox etmək arzusunda idilər. Onda Azərbaycan aydınları içərisində ümumən türkü gözləyən təhlükələrlə bağlı kəskin təsəvvürlərin yaranması ilə yanaşı, bu məsələdə fikir ayrılıqları da ortada idi. Bu dönəmdə Osmanlı imperiyasında türkçülükdən uzaqlaşma istəkləri vardı. Geosiyasi durum dəyişilməsəydi,”Gənc türklər ” siyasi hakimiyyətdə təmsil olunmasaydılar bəlkə də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması sual altında qalacaqdı.Doğrudur, 1920-ci ilin aprelində XI Qızıl Ordunun başında türk övladı Nəriman Nərimanov Bakıya gəlir, Azərbaycan Xalq Cümhuriyyətinin çöküşündə və hakimiyyətin bolşeviklərə, Moskvaya təslim edilməsində əlindən gələni əsirgəmir. Ancaq burada Nərimanovun rolundan daha çox o dönəmin tarixi şəraitiıdə nəzərə alınmalıdır. Nə qədər şaşırdıcı olsa da, onda təbii olaraq Azərbaycan aydınları sanki hərəsi bir təşkilatda qərarlaşmışdılar.
Birinci Dünya Müharibəsinə Avropadan Yaxın Şərqədək böyük bir əraziyə malik dövlət kimi müharibəyə başlayan Osmanlı imperiyası, onu Türkiyə olaraq başa çatdırdı. Bu “qeyri-türklər” ilə məskunlaşmış bütün ərazilərin və hətta türklər
tərəfindən məskunlaşan bəzi ərazilərin də itirilməsi demək idi.
Üstəlik, müharibə başa çatdıqdan sonra hazırlanan məşhur Amerika planında V.Vilsona məxsus “14 bənd”də ilkin variantda Türkiyənin hətta bir dövlət olaraq varlığına son qoyulması da nəzərdə tutulmuşdu.
İlk əvvəl onlar düşünürdülər ki, imperiyanın (Osmanlı imperiyası nəzərdə tutulur) varlığına son qoyduq, onu ideokratik (burada islam dini) əsasdan məhrum etdik və onun yerində mədəni-geosiyasi impotent əldə etdik, bir sözlə onu qazıq-qazıq etdik.
Məhz bu baxımdan Versal konfransı Osmanlı imperiyasının 500 il ərzində mövcudluğu dövründə türk etnosunun varlığını etiraf etmək istəmirdi.Amma məhz Nərimanov vasitəsilə Rusiya -Türkiyə yaxınlaşmasından əndiləşən anqlosakslar nəticə kimi onun milli dövlətinin olmasını qəbul etmək zorunda qaldı.
Beləliklə N.Nərimanov Mustafa Kamal tandemi xarici işğalçılara qarşı tutarlı bir zərbə oldu.
Bəli , bu mübarizədə Türkiyəyə ilk kömək əlini
uzadan Sovet Rusiyası oldu, o Rusiya ki, müharibəyə Antantanın üzvü kimi daxil olmuş, sonradan Almaniya ilə sülh müqaviləsi imzalayaraq savaşdan çıxmışdı. Təbii ki, keçmiş Antanta müttəfiqləri o gün bir-birini düşməncəsinə qəbul edirdilər.
Əgər sovet Rusiyasına Türkiyə ilə yaxşı münasibətlər , onun vasitəsilə Orta Şərqdə stabilliyin pozulması ilə anqlosaksların diqqətini bu coğrafiyaya lcəlb etmək idisə, Türkiyəyə Rusiyadan konkret maliyyə, hərbi və “geosiyasi” kömək lazım idi ki, millli ərazilərini nəyin hesabına olur, olsun bərpa etsin.
Hümmətçi N.Nərimanov bəlkə də taktiki baxımdan düz fikirləşirdi, ancaq strateji yanlışlığı isə bircə onda idi ki, milli dövlətçiliyimizi Rusiyanın içərisində görürdü. Hər halda buna tərəddüd etmədən Nərimanovun faciəsi demək olar. Ancaq o, millətimizin düşməni olmayıb, bu faciəvi yanlışlığını artıq İnqilabi Şuranın sədri olduqdan sonra qarşılaşdığı təklənmə məqamında başa düşdü. Ayıldı ki, artıq yan-yörəsində onu anlayacaq bir kimsə belə yoxdur. Bu gedişat Əliheydər Qarayevlə Nəriman Nərimanovun ilişkilərinin gərginləşməsi fonunda onun Bakıdan uzaqlaşdırılmasına gətirib çıxardı. Bu zaman Nərimanov şübhəsiz, faciəviliyini artıq anlayırdı.

Adıgözəl Məmmədov

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …