Bazar ertəsi , 1 İyul 2024
Drone Cameras

Narazı QHT sədri Azay Quliyevlə görüşə Quran aparıb: “Heç biri əl basmadı” – Video

“Məlum müzakirəyə dəvət olunanda mən ora Qurani-Kərim ilə getdim. Bunu ona görə açıqlayıram ki, həm Müşahidə Şurasının sədri Ayaz Quliyev, həm də Agentliyin icraçı direktoru Aygün Əliyeva bildirir ki, vicdanımıza and olsun, bu qanunsuzluqlarda, ədalətsizliklərdə bizim əlimiz yoxdur.

Bunu həqiqətən də heç kəs boynuna almır. Qurani -Kərimi qarşılarına qoydum, dedim ki, müsəlman ölkəsiyik, sizin də etiqadınız İslamdır. Əgər vicdanınıza and içirsizsə, əlinizi qurana basıb and için ki, müsabiqənin keçirilməsində şəffaf, ədalətli olmuşuq”. 

Bu sözləri Sitat.info-ya açıqlamasında İSBAAM sədri Samir Adigözəlli deyib.

O bildirib ki,  Azay Quliyev və Aygün Əliyeva Qurana əl basmadılar:. ” Hər halda ki, bu öz işləridir özləri bilər. Bunu mən QHT rəhbərlərinin qarşısında etdim. Adminstrasiyanın nümayəndəsi orada idi.

Çünki mən də, cəmiyyət də 100 faiz inanırıq ki, bu müsabiqədə yalan, şəffafsızlıq, oğurluq, korrupsiya var. Həmin təşkilatların da bir qisminin siyahısını orada təqdim etdim, amma ona da münasibət bildirə bilmədilər, dedilər araşdıracağıq. Bunlar ciddi faktlardır. Araşdırma ilə iş bitmir, konkret münasibətlər lazımdır. Əgər Azərbaycanın ictimai sektorunda bu qədər rüsvayçılıq hökm sürürsə və qarşısı alınmırsa bu Azərbaycan üçün xoş vəziyyət deyil”

Seymur,
Sitat.info

Check Also

“COP 29” ərəfəsində: Hökumət yumşalmaya gedəcəkmi?

İnsan haqları təşkilatlarının tənqid etdiyi Azərbaycandan gözləntilər Son 1 ildə Azərbaycanda müxtəlif siyasi tənqidlərə səbəb …