Cümə , 13 Fevral 2026
Drone Cameras

NATO Azərbaycanı çağırır – Bakının CAVABI

Avstriyada NATO üzrə siyasət və təhlükəsizlik məsələləri ilə məşğul olan ekspert Günter Fehlinger Azərbaycanın NATO-ya mümkün üzvlüyü ilə bağlı sensasion təşəbbüs irəli sürüb.

Musavat.com xəbər verir ki, Fehlinger Avstriyada fəaliyyət göstərən təhlükəsizlik siyasəti üzrə analitik və NATO-nun genişlənməsi mövzusunda fəal tərəfdar olaraq tanınır.

O hesab edir ki, Azərbaycan artıq uzun illərdir NATO ilə əməkdaşlıq edir, tərəfdaşlıq proqramlarında iştirak edir və regionda strateji əhəmiyyətə malik ölkə kimi çıxış edir. Fehlinger vurğulayıb ki, Azərbaycanın Alyansla münasibətlərini yeni səviyyəyə qaldırmaq həm Cənubi Qafqazda təhlükəsizlik, həm də Avropanın enerji və geosiyasi maraqları baxımından müsbət təsir göstərə bilər.

Gunther Fehlinger: I call Armenia to join NATO

Onun fikrincə, Bakı NATO üçün yalnız tərəfdaş deyil, həm də regionda sabitlik və təhlükəsizlik məsələlərində mühüm rol oynaya biləcək potensiala malikdir. Məlumdur ki, Azərbaycan Qoşulmamaq Hərəkatının fəal üzvüdür. Eyni zamanda, NATO, KTMT kimi hərbi-siyasi bloklardan kənarda qalmaqla balans siyasətini qorumağa çalışır.

Bəs bu çağırış niyə məhz indi səslənib? Bu, ABŞ-nin bölgədə fəallaşması, Bakı-Vaşinqton əlaqələrinin istiləşməsi və Vensin Azərbaycana səfəri iləmi bağlıdır? NATO üzvü olan qardaş Türkiyə üzvlük təşəbbüsünə necə baxar?

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayevin Musavat.com-a dediyinə görə, bu çağırışlar kimlərinsə şəxsi, yaxud qrup mövqelərindən qaynaqlanır.

Onun fikrincə, bu günə kimi alyans rəhbərliyindən və ya bu təşkilata üzv dövlətlərdən Azərbaycana təklif olmayıb.

“Azərbaycan da bloka qoşulmaq arzusunu bildirməyib. NATO ilə əməkdaşlıq və birgə təlimlər o demək deyil ki, üzvlük niyyətimiz var. Birincisi, ölkəmizin hər hansı hərbi bloka daxil olmayacağı ilə bağlı qərarı qüvvədədir, eyni zamanda, Qoşulmama Hərəkatındayıq. Ümumiyyətlə NATO-nun Cənubi Qafqaza girişi uzun illərdir ki, Rusiya ilə ABŞ arasında problem yaratmışdı. Gürcüstan Saakaşvili dönəmində bütün parametrlər üzrə hərbi ittifaqa daxil olmaq üçün hazır olsa da, üzvlük baş tutmadı. Çünki Rusiya buna imkan verməmək üçün bütün addımları atmağa hazır idi. Sonradan Gürcüstanın üzvlük məsələsi gündəlikdən çıxarıldı”,_ deyə ekspert bildirib.

Elşən Mansur oğlu Mustafayev

Ukraynada gedən müharibənin əsas səbəblərindən birinin elə NATO-ya üzvlük məsələsi olduğunu xatırladan Mustafayevin sözlərinə görə, Azərbaycan buna zərurət görmür, çünki Türkiyə ilə Şuşa Bəyannaməsi imzalanıb:

“Gələcəkdə belə ittifaqlar başqa dövlətlərlə də ola bilər. Digər tərəfdən, NATO-nun özündə böhran yaşanır. ABŞ-nin hərbi siyasəti bu qurumu kölgədə qoyub. Hətta Qərb dövlətləri Avropa İttifaqının hərbi ittifaqa çevrilməsi çağırışları səsləndirir”.

Check Also

“Rusiya Qafqazdan sakitcə çəkilməyəcək…” – Kremldən Zəngəzur və AES təhdidi

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvanın TRIPP layihəsində mümkün iştirakının parametrlərini İrəvanla müzakirə …