Bazar , 29 Noyabr 2026
Drone Cameras

NATO Baş katibinin nümayəndəsi Azərbaycana gəlib

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfərə gəlib.

Boyukmillet.com xəbər verir ki, bunu o, tviterdə yazıb.

X.Kolomina Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Görüşdə ikitərəfli əməkdaşlıq, Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması üzrə danışıqların gedişatı müzakirə olunub.

X.Kolomina həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Check Also

Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə gedən yolda son maneə adlandırıb

Ermənistan parlamentindəki müxalifət Azərbaycanla sülhün əldə olunması yolunda son maneədir. Boyukmillet.com xəbər verir ki, bunu …