Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

NATO-dan ilk – Rusiya hərbi gəmisinin qarşısı kəsilib

NATO-nun əmri ilə hərəkət edən Britaniya hərbi dəniz qüvvələri şimal dənizi sahillərində Rusiya hərbi gəmisinin qarşısını kəsib.

Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyat Fransa və Hollandiyanın iştirakı ilə həyata keçirilib.

Sky News-un məlumatına görə, Britaniyanın “HMS Duncan” esminesi və “Wildcat” helikopteri Rusiyanın sualtı qayıqlara qarşı müdafiə gəmisi “Vitse-admiral Kulakov”un qarşısını kəsib. Gəmi Britaniyanın müşahidə zonasına daxil olub və şimal dənizi sahilləri ilə hərəkət edirdi.

Müdaxilə NATO-nun birbaşa əmri ilə həyata keçirilib və Fransa hərbi dəniz qüvvələri və Hollandiyanın NH90 helikopteri ilə əlaqələndirilib. Nəşrin mənbələri bildiriblər ki, Britaniya qüvvələri ilk dəfədir ki, Rusiya hərbi gəmisinin qarşısını almaq üçün NATO-nun əmri ilə hərəkət edir.

Əməliyyatdan sonra Britaniya ordusu gəminin Böyük Britaniyanın məsuliyyət zonasından kənarda səyahətinə davam etdiyini bildirib

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …