Bazar , 8 Fevral 2026
Drone Cameras

NATO Ermənistan-Azərbaycan sərhədindəki gərginlikdən narahatdır

“NATO Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalardan narahatlığını bildirib”.

Boyukmillet.com xəbər verir ki, bunu NATO Baş katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviterdə yazıb.

“Ermənistanla Azərbaycan sərhədində baş verən toqquşmalardan çox narahatıq. NATO hərbi əməliyyatları dərhal dayandırmağa və gərginliyi azaltmağa çağırır”, – o vurğulayıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Check Also

Tarixi məhkəmə başladı – Yekun qərar elan olunacaq

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən …