Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

NATO-nun Baş katibi: “Biz uzunmüddətli qarşıdurmaya hazır olmalıyıq”

“Biz uzunmüddətli qarşıdurmaya hazır olmalıyıq”.

Boyukmillet.com  TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın xarici işlər nazirlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

“Biz müdafiəni gücləndirməliyik. Ukraynaya yardım göndərmək və uzunmüddətli sanksiyalar hazırlamaq lazımdır. Ukraynanın hərbi yardıma ehtiyacı var. Müttəfiqlərimizin Kiyevə müxtəlif silahlarla dəstək olacağını gözləyirik”, – o bildirib.

Qeyd edək ki, bu gün Brüsseldə NATO XİN başçılarının toplantısı keçirilir.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …