Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

NATO Qara dənizdə hərbi təlimlərə başlayıb

Qara dənizin Bolqarıstana aid hissəsində NATO-nun “Briz” adlı hərbi təlimləri başlanılıb.

Boyukmillet.com  Bolqarıstanın “News.bg” nəşrinə istinadən xəbər verir ki, bu, Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Qara dənizdə keçirilən ilk genişmiqyaslı təlimlərdir.

Təlimlərdə Şimali Atlantika Alyansına daxil 11 ölkənin – Bolqarıstan, Albaniya, Belçika, Yunanıstan, İtaliya, Latviya, Polşa, Rumıniya, ABŞ, Türkiyə və Fransanın 24 hərbi və köməkçi gəmiləri və qayıqları, 5 təyyarəsi, 4 helikopteri və 1 390 hərbçisi cəlb edilib.

Gəmiəleyhinə üzən minalar riskini nəzərə alaraq, təlimlərin keçirildiyi bölgədə təhlükəsizlik tədbirləri görülüb.

Check Also

Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ

Pekin Hörmüz boğazının açıq saxlanmasını və neft, eləcə də mayeləşdirilmiş təbii qaz tədarüklərinə hücumlardan çəkinilməsini …