Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

NATO Ukrayna və Rusiya arasında İstanbul danışıqlarında irəliləyişə ümid edir

NATO ölkələri ABŞ-nin Ukrayna münaqişəsinin həlli üçün göstərdiyi səylərə dəstəyini ifadə edir.

Boyukmillet.com xəbər verir ki, bu barədə bu gün Alyansın baş katibi Mark Rütte Antalyada NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün yekununa dair mətbuat konfransında bildirib.

“Biz NATO-da Trampın müharibənin ədalətli və uzunmüddətli həlli istiqamətində göstərdiyi səylərə dəstəyimizi bir daha qeyd edirik”, – Rütte deyib.

O qeyd edib ki, alyans Ukraynaya uzunmüddətli dəstək verməyə sadiqdir: “Söhbət Ukraynanı bu gün və gələcəkdə özünü müdafiə etmək imkanı ilə təmin etməkdən gedir”.

Baş katib əlavə edib ki, bu gün İstanbulda aparılacaq Rusiya-Ukrayna danışıqlarına ehtiyatlı nikbinliklə yanaşır:

“Top əvvəlki kimi Rusiyanın tərəfindədir və əgər o da oynamaq istəyirsə, növbəti bir neçə həftə ərzində müəyyən irəliləyişə nail olmaq olar”.

Check Also

Britaniya XİN-dən Trampa ETİRAZ

Mərkəzi Hind okeanındakı Çaqos arxipelaqının Mavriki suverenliyinə verilməsi Dieqo Qarsiyadakı hərbi bazanın qorunması üçün yeganə …