Naxçıvan Muxtar Respublikasının tam orta məktəblərinin şagirdləri arasında yaz mövsümü ilə əlaqədar aparılan profilaktik müayinələr başa çatıb.
Muxtar respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, ümumilikdə 40 min 349 şagird tibbi müayinəyə cəlb olunub.
Nazirlikdən bildirilib ki, müayinələri aparmaq üçün ixtisaslı həkimlərdən ibarət briqada təşkil edilib.
Müayinələrin sonunda 1769 nəfər dispanser qeydiyyatına götürülüb.
Check Also
Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib
Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …


Boyukmillet.com Biz yanmasaq vətən yanar
