Bazar , 15 Mart 2026
Drone Cameras

Naxçıvanda səfərdə olan KİV rəhbərləri Ordubadın tarixi abidələri ilə tanış olublar

Naxçıvan Muxtar Respublikasına səfər edən KİV rəhbərlərindən ibarət nümayəndə heyəti bu gün Ordubad şəhərində olub.

APA-nın xəbərinə görə, nümayəndə  heyəti səfər çərçivəsində öncə Ordubad şəhərində 17-ci əsrə aid Qeysəriyyə Tarix Diyarşünaslıq Muzeyi ilə tanış olub.

Muzey barədə qonaqlara məlumat verən muzeyin direktoru Vilayət Bağırov Ordubadda hər abidənin özündə tarixi yaşatdığını bildirib.

Muzeylə tanışlıqdan sonra nümayəndə heyəti akademik Yusif Məmmədəliyevin Ev muzeyində olub. Muzeydə qonaqlara Y. Məmmədəliyev, onun elmin inkişafına verdiyi töhfələrdən bəhs edilib.

Səfər çərçivəsində KİV rəhbərləri Məmməd Səid Ordubadinin, Məhəmmədtağı Sidqinin ev muzeyləri, 14-cü əsrə aid Buzxana memarlıq abidəsi ilə tanış olublar.

Media rəhbərləri buradan Batabat Dövlət Təbiət Qoruğuna səfər ediblər.

Check Also

Saakaşvili: Gürcüstanda azərbaycanlı gənclərin radikallaşması təhlükəlidir

Gürcüstanda azərbaycanlı gənclərin bir hissəsi İranın radikal təsirinə məruz qalır və bu vəziyyət etnik münaqişə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir