Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

Naxçıvan Beynəlxalq Hava Limanında gündəlik reyslərin sayı 10-a çatdırıldı

BOYUKMILLET.COM NUHÇIXAN-a istinadən xəbər verir ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Naxçıvan Beynəlxalq Hava Limanı gücləndirilmiş iş rejimində çalışır. Gündəlik reyslərin sayı 4-dən 10-a çatdırılıb.

Ötən il ərzində yerli hava xətləri ilə 2146 reys, 308 min 249 sərnişin, 4 milyon 899 min 681 kiloqram baqaj,  912 min 629 kiloqram yük,  53 min  892 kiloqram poçt daşınıb. Beynəlxalq daşımalarda isə 140 reys həyata keçirilib. Naxçıvan–İstanbul istiqamətində 4 min 249 sərnişin, eləcə də 58 min 496 kiloqram baqaj, Naxçıvan-Moskva istiqamətində 4 min 128 sərnişin, 77 min 249 kiloqram baqaj daşınıb.

Naxçıvan Beynəlxalq Hava Limanının kollektivi bu bayram günlərində gücləndirilmiş iş rejimində çalışır. Xidmətin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub. Bayram münasibətilə qrafikə uyğun olaraq reyslərin sayı artırılıb. 

Qeyd edək ki, sərnişin sıxlığına baxmayaraq bayram günlərində bilet satışında heç bir problem yaranmayıb.

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …