Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Naxçıvan Sazişinin imzalanmasının 10 illiyinə həsr olunan rəsm müsabiqəsi elan edilib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Təhsil Nazirliyi ilə birgə 6-16 yaş kateqoriyasında olan məktəblilər üçün “Rəngarəng türk dünyası” adlı beynəlxalq rəsm müsabiqəsi elan edilib.

Fonddan NUHÇIXAN-a bildirilib ki, rəsm əsərlərində türk xalqlarının şanlı tarixi, mədəniyyət və incəsənəti, adət-ənənələri, yerləşdiyi ərazinin coğrafi xüsusiyyətləri əks etdirilməlidir.

Naxçıvan Sazişinin imzalanmasının 10 illiyinə həsr olunan müsabiqə istedadlı, rəsmlə maraqlanan məktəblilərə dəstək olmaq, eyni zamanda türkdilli xalqların zəngin mədəni irsini təbliğ etmək və gənc nəsil arasında yaşatmaq məqsədini daşıyır.

Müsabiqədə iştirak etmək istəyənlər ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə rəsm əsərlərini oktyabrın 1-dək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna A.Bakıxanov 73A, həmçinin [email protected] ünvanına göndərməlidirlər.

Münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək qaliblər hədiyyə və sertifikatlarla təltif olunacaqlar.

Check Also

Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib

Macarıstan, Rusiya və Belarusun məşhur sirklərinin rəhbərləri və mütəxəssisləri Azərbaycan tərəfinin dəvəti ilə ölkəmizdə səfərdədir. …