Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları – bal festivalı” keçiriləcək.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,festival sentyabrın 26-ı və 27-i “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək.
Festivalda muxtar respublikanın müxtəlif rayonlarından olan arıçı-sahibkarlar öz təsərrüfatlarının məhsullarını sərgiləyəcək və satacaqlar. Həmçinin tədbirdə incəsənət ustalarının ifa edəcəyi bir-birindən gözəl musiqi nömrələri, arıçılıq məhsullarının nümayiş olunduğu dekorasiyalı stendlər qonaqlara təqdim olunacaq.
Festivalda ən yaxşı arıçılıq məhsulları bal nominasiyası üzrə müsabiqə təşkil ediləcək və qaliblərə diplomlar təqdim olunacaq.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
