Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Naxçıvanda Qurban bayramı qeyd edilib

Naxçıvanda Qurban bayramı qeyd edilib

Naxçıvanda Qurban bayramı qeyd edilib Bugün, 16:36

Tanrının öz bəndələrinə lütf və mərhəmətinin ifadəsi olan müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına xidmət edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qurban bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə deyildiyi kimi, “İnsanlar arasında həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban bayramı İslam dininin əsas bayramlarından biridir. Müsəlmanlar bu əlamətdar gündə Uca Yaradanın adına qurbanlarla Allaha yaxınlığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, iyulun 31-də Qurban bayramı muxtar respublikamızda da qeyd edilib, məscidlərdə bayram namazı qılınıb, Naxçıvan şəhərindəki “Sarvanlar”, “Cümə”, “Pirqəmiş”, “Kazım Qarabəkir Paşa” məscidlərində qurban əti paylanılıb.  Həmçinin Naxçıvan Hərbi Hospitalına, Tibb Taboruna, tənha və aztəminatlı ahıllara, muxtar respublikada təhsil alan əcnəbi tələbələrə, Ağciyər Xəstəlikləri və Psixi xəstəliklər dispanserlərində, Yoluxucu Xəstəliklər Mərkəzində müalicə olunanlara da qurban əti paylanılıb.     

*   *   *

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Qurban bayramı münasibətilə muxtar respublikanın bütün bölgələrində sağlamlıq imkanları məhdud şəxslərə, aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan ailələrə, böyük vətən müharibəsi iştirakçılarına, ümumilikdə 1026 ailəyə də bayram sovqatları verilib.

Aynurə Yusifova

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …