Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Naxçıvanda sahibkarlara verilən kreditlərin həcmi 3 dəfəyə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında özəl sektora dövlət dəstəyi çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 13 layihə maliyyələşdirib.

Muxtar Respublikanın İqtisadiyyat Nazirliyindən “Report”un yerli bürosuna verilən məlumata görə, layihələrin maliyyələşdirilməsinə 284 min manat vəsait sərf olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.

Bu ilin ayı ərzində qaytarılan kreditlərin həcmi 2,3 milyon manat olub ki, bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 42,8 % çoxdur.

Bu ilin 4 ayı ərzində 401,1 min manat vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi təmin edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.

Check Also

TDT Türk dünyasının iş adamlarını bölgədə həyata keçiriləcək layihələrə investisiya qoymağa çağırıb

Bu gün Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI) və Türk …