Şənbə , 21 Fevral 2026
Drone Cameras

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib – CƏDVƏL

“Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı” təsdiq edilib.

Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncam Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, bu sahədə infrastrukturun təkmilləşdirilməsi, içməli su və suvarma suyu ilə təminatın daha da yaxşılaşdırılması məqsədi daşıyır.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planında aşağıdakı cədvəldəki tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sıra №-siTədbirin adıİcraçı qurumlarİcra müddəti (illər üzrə)
1. Suvarma üçün sudan səmərəli və qənaətli istifadənin təmin edilməsi
1.1.“Qaraçuq-1” nasos stansiyasının və nasos stansiyasından qidalanan hidrotexniki qurğuların yenidən qurulmasıAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti2026–2030
1.2.Culfa rayonu ərazisində Araz çayından qidalanan hidrotexniki qurğuların əsaslı təmiriAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti2026–2028
1.3.Ordubad rayonu ərazisində Araz çayından və Gilançaydan qidalanan hidrotexniki qurğuların əsaslı təmiriAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti2026–2029
1.4.Naxçıvançayın sol sahilində Babək rayonunun ərazisinə xidmət edən hidrotexniki qurğuların yenidən qurulmasıAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti2026–2029
1.5.Naxçıvançayın sağ sahilində Babək rayonunun ərazisinə xidmət edən hidrotexniki qurğuların yenidən qurulmasıAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti2026–2029
1.6.Sədərək rayonu ərazisində Araz çayından qidalanan hidrotexniki qurğuların əsaslı təmiriAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti2026–2030
1.7.Əlincəçaydan və Bənəniyar su anbarından qidalanan hidrotexniki qurğuların yenidən qurulmasıAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti2026–2030
1.8.Şahbuz rayonu ərazisində əkin sahələrinin suvarılmasına xidmət edən hidrotexniki qurğuların yenidən qurulmasıAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti2026–2028
1.9.Kəngərli rayonu ərazisində Arpaçaydan qidalanan hidrotexniki qurğuların yenidən qurulmasıAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti2026–2028
1.10.Şərur rayonu ərazisində Araz çayından qidalanan nasos stansiyalarının və təzyiqli boru xətlərinin yenidən qurulmasıAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti2027–2029
1.11.Şərur rayonu ərazisində Arpaçaydan qidalanan hidrotexniki qurğuların yenidən qurulmasıAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti2028–2030
2. İçməli su təchizatı sisteminin təkmilləşdirilməsi
2.1.Sədərək rayonunun Heydərabad qəsəbəsinin, Qaraağac və Sədərək kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin qurulmasıAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti2026–2029
2.2.Kəngərli rayonunun Qıvraq qəsəbəsi və Şahtaxtı kəndinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin qurulmasıAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti2026–2029
2.3.Kəngərli rayonunun Xok, Qabıllı, Qarabağlar və Yurdçu kəndlərinin içməli su təchizatı şəbəkəsinin qurulmasıAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti2026–2029
2.4.Ordubad şəhəri üzrə içməli sutəmizləyici qurğunun bərpası, Babək şəhəri üzrə içməli sutəmizləyici qurğunun tikintisiAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti2026–2030
2.5.İçməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni subartezian quyularının qazılması və infrastrukturun təkmilləşdirilməsiAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti2026–2029
3. Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və deqradasiyasına, səhralaşmasına qarşı mübarizə
3.1.Kəngərli rayonunun Böyükdüz və Xok kəndləri ərazisində qapalı suvarma və kollektor-drenaj şəbəkələri tikintisinin texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanmasıAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti2028–2030
3.2.Naxçıvan şəhərinin Qaraxanbəyli və Tumbul kəndlərinin ərazisində kollektor-drenaj şəbəkələrinin tikintisinin texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanmasıAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti2028–2030
3.3.Şərur rayonunun Püsyan, Tumaslı və Xanlıqlar kəndlərinin ərazisində kollektor-drenaj şəbəkələri tikintisinin texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanmasıAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti2028–2030

Check Also

İcra başçısının sabiq müavini və iki nəfərin həbs müddətinin uzadılması üçün məhkəməyə təqdimat daxil olub

Qaradağ rayonunun icra başçısının sabiq müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev …