Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Naxçıvanda vətəndaşların 35 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Naxçıvanda 40-a yaxın şəxsi aldadaraq 35 min manat vəsaiti ələ keçirməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini Mürsəl Nuriyev saxlanılıb.

Bu barədə “Report”a Daxili işlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, onun sosial şəbəkələrdə ev alqı-satqısı adı ilə səhifələr yaratdığı və mənzil almaq üçün ipoteka prosesində kömək edəcəyi vədi ilə  vətəndşaları aldatdığı müəyyən edilib. 

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat  İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. 

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …