11 sentyabr 2020-ci il tarixdə “Azadlıq” qəzetinin facebook səhifəsində “Naxçıvan Qarbağ qaziləri və veteranları Tofiq Yaqubluya azadlıq tələb edir” başlıqlı müraciət yayılıb.
Azinforum.az Naxçıvandakı mənbələrlə dəqiqləşdirib ki, həmin məlumat həqiqəti əks etdirmir: “Cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədilə yayılan həmin məlumatda guya Naxçıvan Muxtar Respublikasından olan Qarabağ qaziləri və veteranlarının həbsdə olan Tofiq Yaqublunun azad olunması ilə bağlı müraciət etdikləri qeyd olunur. Həqiqət isə ondan ibarətdir ki, müraciətdə adları qeyd olunan şəxslərdən 3-ü hazırda həbsdədir. 2 nəfər isə artıq neçə illərdir vəfat edib. 27 nəfər isə bəyanat verərək müraciətdən xəbərsiz olduqlarını və adlarından icazəsiz istifadə edildiyini biliriblər. Həmin şəxslər diqqətə çatdırıblar ki, hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət edəcəklər”.
Boyukmillet.com