Cümə , 22 Noyabr 2024
Drone Cameras

Naxçıvanın cinayətsiz region statusu qorunacaq, əldə olunmuş nəticələr daha da artırılacaq

Boyukmillet.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib.
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasından irəli gələn vəzifələr və 2020-ci ildə polis оrqаnlаrının cinаyətkаrlığа qarşı mübаrizə, ictimаi qаydаnın və ictimаi təhlükəsizliyin təmin edilməsi üzrə fəаliyyətinin nəticələrinə dair Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov geniş məruzə ilə çıxış edib. Bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf strategiyasının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilməsi nəticəsində muxtar respublikada dayanıqlı xarakter almış ictimai-siyasi sabitlik daxili işlər orqanlarının da fəaliyyətinə əlverişli şərait yaratdığı üçün Naxçıvanın cinayətsiz region statusu 2020-ci ildə də qorunub saxlanılıb.

Vurğulanıb ki, hər il olduğu kimi muxtar respublikada həyata keçirilən tikinti-quruculuq işləri daxili işlər orqanlarına da öz töhfələrini verib.

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …