Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak ediblər – FOTOLAR

NUHÇIXAN xəbər verir ki, avqustun 24-dən sentyabrın 1-dək Türkiyənin  Didim  şəhərində  10-cu Viakamp Didim  Beynəlxalq  rəsm festivalı  keçirilib. Festivalda  Azərbaycanı Bakı şəhərindən 4, Naxçıvan şəhərindən isə 2 rəssam təmsil edib. 

Festivalda dünyanın 11 ölkəsindən 70-ə yaxın rəssam iştirak edib. Festivalın ilk 2 günü ərzində  iştirakçılar  Didimin  muzeyləri və  tarixi yerləri ilə  tanış olublar.

İştirakçılar dəniz kənarında yerləşən düşərgədə bu qədim şəhərdən  aldıqları təəssüratları tablolar üzərinə köçürüblər.  Fərqli texnikalarda işlənilən nümunələr sənətsevərlərin marağına səbəb olub. Festivalın sonuncu günü Didim “Qızılqum” bulvarında  rəssamların əsərlərindən ibarət sərgi təşkil olunub.

Sonda festival iştirakçılarına sertifikatlar təqdim olunub. Naxçıvanlı rəssamlar Həbib Allahverdiyev və Murad Babayev  festivalda fəal iştiraklarına və uğurlu çıxışlarına görə diplomlara layiq  görülüblər.             

     

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …