Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Nazir: “Azərbaycan COP29 üçün ölkəyə gələn qonaqları qəbul etməyə hazırdır”

“Azərbaycan COP29 üçün ölkəyə gələn qonaqları qəbul etməyə hazırdır və bu yöndə hazırlıqlar prosesi davam edəcək”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP28-in yekun sessiyasında jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, COP29 gələn ilin noyabrında baş tutacaq:

“Bir il vaxtımız var. Təkcə infrastruktur üzrə yox, kontent üzrə də çox çalışmalıyıq. Bütün dünyanın iqlimlə bağlı fikirləri Azərbaycanda olacaq. Biz də bu məsələlərdə israrlı olaraq öz siyasətimizi, gördüyümüz işləri göstərə bilərik. Gələn ilin noyabrında ilk dəfə olaraq regionda – Bakıda iqlim sammiti keçiriləcək. Bizi heç kimin unuda bilməyəcəyi böyük tədbir gözləyir. Bəzi ölkələr çalışırdılar ki, Azərbaycanı bu rəqabətdən kənarda saxlasınlar. Lakin 22 ölkə Azərbaycana səs verərək dəstək oldu. Biz sevinirik ki, belə uğura imza atmışıq. Bizim siyasi iradəmiz bu məsələdə də qalib gəldi. Bu, Azərbaycanın böyük proqramı idi və biz buna qalib gəldik”.

Check Also

Xidmət rəisi: Azərbaycan ərazisindən köçəri quşların ən böyük miqrasiya yollarından biri keçir

Ümumdünya Köçəri Quşlar Günü 2006-cı ildən etibarən ildə iki dəfə – may və oktyabr aylarının …