“Azərbaycan Hava Yolları” (AZAL) QSC ölkədə nadir şirkətlərdəndir ki, onun illik gəlirləri 1 milyard manatın üzərindədır.
Boyukmillet.com xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan milli aviadaşıyıcısı (AZAL) A320neo və A321neo laynerləri daxil olmaqla A320neo ailəsinə aid 12 “Airbus” təyyarəsinin alınması ilə bağlı bu gün Bakıda keçirilən imzalanma mərasimində deyib.
Onun sözlərinə görə, bu müqavilənin imzalanması yalnız AZAL-ın gələcək fəaliyyətində deyil, həmçinin ölkənin gələcək inkişafı üçün atılmış mühüm addımlardan biridir: “Ölkəmiz müstəqillik qazanandan sonra AZAL ölkədə yaradılan ilk şirkətlərdən biridir”.