Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Nazir: Ermənistanla Azərbaycan arasında ikitərəfli danışıqlar müsbət nəticələr verir

Maltanın XİN rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədrinə Ermənistanla Azərbaycan arasında münaqişənin həlli istiqamətində son məlumatlar verilib.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla keçirdiyi mətbuat konfransında deyib.

XİN rəhbəri vurğulayıb ki, bu kontekstdə iki ölkə arasında birbaşa danışıqlar müsbət nəticələr verir.

“Son altı ayda sülh quruculuğu yolunda atılan addımlar buna sübutdur. Müsbət inkişaf kimi iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinin başlanılmasını, 90-cı illərdən işğal altında olan dörd kəndin Azərbaycana qaytarılmasını göstərmək olar”, – nazir deyib.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …