Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Nazir müavini: “Bərpa olunan enerjidə iki layihə 300 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək”

Bu gün Azərbaycanda bərpa olunan enerjinin qoyuluş gücünün payı 17% təşkil edir.

Boyukmillet.com -un məlumatına görə, bunu Energetika nazirinin müavini Elnur Soltanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ötən il elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin payı 7,3% təşkil edib. Azərbaycan qalan 93% elektrik enerjisini istehsal etmək üçün təbii qazdan istifadə edib.

Bu gün Azərbaycanda elektrik enerjisinin əldə edilməsindədaş kömürdən və demək olar ki, dizeldən istifadə edilmir.

Nazir müavini bildirib ki, bərpa olunan enerjinin qoyuluş gücünə 1230-1279 MVt hidro stansiyalardan,141 MVt isə külək, günəş və biokütlədən əldə edilən enerji daxildir: “Bu sahədə Azərbaycan bir az geridədir və bu səbəbdən bu sahədə işlərimizi daha da sürətləndirməliyik. Əsas hədəfimiz 2030-cu iə qədər Azərbaycanda istehsal olunan 30 faiz enejinin bərpa olunan enerjidən əldə edilməsinə nail olmaqdır. Strateji Yol Xəritəsinə də uyğun olaraq, artıq Azərbaycan 2020-cu ildə hədəf olaraq 420 MVt əlavə qoyuluş gücünə nail olmaqdır. Bu kifayət qədər ciddi miqdardır. Və artıq “ ACWA Power” və “Masdar” şirkətləri ilə icra sazişi imzalanıb”.

E, Soltanov bildirib ki, burada təbii ki, Azərbaycana 400 milyon ABŞ dolları məbləğində xarici və özəl investisiyadan söhbət gedir: “Dövlət bu sahəyə özəl investisiyanı daxil etmək niyyətindədir. Bu özəl şirkətlərin də təklif etdikləri qiymətlər Azərbaycanda onsuz da aşağı olan tariflə tənzimlənən qiymətlər səviyyəsindədir. Əsas uğur da bundadır. Digər tərəfdən, bu investisiyaların yatırılması və bərpa olunan enerji sahəsinin inkişafı Azərbaycanda ekologiyaya bir töhfədir. Bundan başqa, 420 MVt sistem qurulduqdan sonra Azərbaycan tərəfi 300 milyon kubmetr qaz istifadəsiz qalacaq. Müqayisə üçün deyim ki, bu həcmlər Naxçıvan Muxtar Respublikasının illik olaraq istifadə etdiyi miqdardan daha çoxdur. Yaxud da Azərbaycanda əhalinin istifadə etdiyi qazın 10 faizindən danışırıq. Biz bu həcmləri də ixrac edib Azərbaycana əlavə valyuta gətirə bilərik”.

Nazir müavini qeyd edib ki, Azərbaycan bu prosesə nə qədər tez qoşulsa da, bərpa olunan enerjini var olan enerji sisteminə inteqrasiya etmək çox mürəkkəb məsələdir: “Çünki külək hər zaman əsmir, günəş hər zaman şüasını bəxş etmir. Oradakı dəyişkənlik daha da sürətlənəcək və Azərbaycan XXI əsrin, yeni dünyanın çağırışlarına qarşı meydan oxuyacaq”.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …