Bazar ertəsi , 7 Aprel 2025
Drone Cameras

Nazir müavini: Ölkə üzrə kvota tətbiq edilən işəgötürənlərin sayı 4 650-ə yaxındır

Bu gün ölkə üzrə kvota tətbiq edilən işəgötürənlərin sayı 4 650-ə yaxındır.

Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev parlamentdə iyunun 3-də “Məşğulluq haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Nazir müavini bildirib ki, ümumi kvota üzrə iş yerlərinin sayı 28,5 mindir:

“Bu gün kvota iş yerlərində 25 minə şəxsin məşğulluğu təmin olunub. Təklif olunan dəyişiklik kvotadan əlavə iş yerlərinin proqramı ilə bağlıdır”.

O qeyd edib ki, məqsədli proqramlara qoşulmaq istəyən işəgötürənlər üçün müsabiqə elan olunacaq: “Əsas üstünlük müəyyən edilmiş tarixlərdə işçilərinin sayını azaltmayan, iş yerlərini ixtisar etməyən işəgötürənlərə veriləcək. İşəgötürənlərlə Dövlət Məşğulluq Agentliyi arasında 3 illik, işçilərlə isə 2 illik müddətə müqavilə imzalanacaq. Proqramın da mahiyyəti işsizlikdən sığorta vəsaiti hesabına işəgötürənlərə yeni işlərini açmaq üçün dəstəyin verilməsidir”.

Check Also

Çətin həyat şəraitində olan şəxslərin qarşısına yeni tələb qoyulur

Sosial xidmətə götürülən şəxslərdən sosial işçinin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq tələb olunacaq. Boyukmillet.com xəbər …