Cümə , 22 Noyabr 2024
Drone Cameras

Nazir müavini: “Tibbi tulantılarn idarə edilməs ətraf mühitin mühafizəsi üçün önəmli məsələdir”

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev tibbi tulantılarn idarə edilməsinin təkcə əhalinin qorunması üçün yox, ətraf mühitin mühafizəsi üçün də önəmli məsələ olduğunu bildirib.

Boyukmillet.com xəbər verir ki, o, bunu Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə tibbi tullantıların düzgün idarə olunmasına dair tibb işçiləri üçün keçirilən maarifləndirici tədbirdə deyib.

R.Hacıyev qeyd edib ki, tibbi tulantıların düzgün idarə olunması onların çeşidlənməsi, toplanması və saxlanılması prosesi ilə başlayır: “Tibbi tullantıların düzgün utilizasiya edilməməsi infeksiyaların yayılması, su mənbələrinin çirklənməsi və təhlükəli maddələrin buraxılması daxil da olmaqla ciddi risklər yaradır. Bu tullantıların tələblərə uyğun daşınması və zərərsizləşdirilməsi əhəmiyyətlidir. Həmçinin bu sahədə aidiyyəti qurumların koordinasiyalı əlaqəli işi önəmli yer tutur. Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən tibbi tullantıların idarə edilməsi sahəsində koordinasiyalı fəaliyyətin təmin edilməsi məqsədilə işçi qrup tullantıların idarə olunması sahəsində mövcud vəziyyətin daha ətraflı öyrənilməsi, bu sahədə problemlərin aradan qaldırılması və zəruri tədbirlərin həyata keçirilməsi üçün təkliflər hazırlayıb. İşçi qrup çərçivəsində bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə mütəmadi görüşlər keçirilir və müzakirələr aparılır”.

Nazir müavini vurğulayıb ki, bu sahədə işlər daha da gücləndirilməli və aidiyyəti qurumlarla birlikdə tibbi tullantıların daha səmərəli idarəsinə nail olunmalıdır.

Check Also

Xidmət rəisi: Azərbaycan ərazisindən köçəri quşların ən böyük miqrasiya yollarından biri keçir

Ümumdünya Köçəri Quşlar Günü 2006-cı ildən etibarən ildə iki dəfə – may və oktyabr aylarının …