Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Nazir müavini “Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüşüb

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Uğur yolu” karyera inkişafı proqramının builki qalibləri və ötən il keçirilən ilk müsabiqədə müvəffəqiyyət qazanan əməkdaşlarla görüşüb.

Boyukmillet.com xəbər verir ki, nazirin birinci müavini “Uğur yolu” karyera inkişafı proqramının qaliblərini təbrik edib, müsabiqənin şəxsi və karyera inkişafı üçün yaratdığı imkanları vurğulayıb, qazanılan bilik və bacarıqların onların gələcək fəaliyyətində önəmini qeyd edib.

2021-ci ildə keçirilmiş ilk müsabiqənin qalibləri “Uğur yolu”nun əhəmiyyəti, karyera inkişaf proqramı çərçivəsində iştirak etdikləri tədbirlər, öyrənilən təcrübə barədə fikirlərini bölüşüblər.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Check Also

Gömrük və kirayə sahəsində müstəqil qiymətləndirmə təklif olunur

“Qiymətləndirmə fəaliyyətinin bütün sahələrdə vahid qaydada tətbiqi bazarın şəffaflığı və vətəndaşların hüquqlarının qorunması baxımından mühüm …