Cümə , 26 Aprel 2024
Drone Cameras

Nazir: “Pandemiyadan öncə Qazaxıstanla Azərbaycan arasında turizm sahəsində çox müsbət dinamika var idi”

“Pandemiyadan öncə Qazaxıstanla Azərbaycan arasında turizm sahəsində çox müsbət dinamika mövcud idi. Bu sahənin ölkələrimiz arasında münasibətlərin inkişafında vacibliyi bir daha qeyd edilib”.

Boyukmillet.com  xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstanın baş nazirinin müavini – xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşdən sonra bəyanatında deyib.

Nazir bildirib ki, qazaxıstanlı həmkarı ilə görüşdə karantin məhdudiyyətlərinin yumşalmasına paralel olaraq iki ölkə arasında səfərlərin asanlaşması istiqamətində aviareyslərin yenidən açılmasının xüsusi əhəmiyyəti qeyd edilib.

Check Also

Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub

Laçında “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində “Yaşıl infrastrukturun inkişafı təcrübəsi və …