“Azərbaycan Rumıniyanın strateji tərəfdaşıdır”.
Boyukmillet.com xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Vircil Popesko Borrero Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan və Rumıniya “yaşıl enerji” sahəsində əməkdaşlıq edə bilər: “Bərpa olunan enerjidən yararlanaraq istehsal edilən elektrik enerjinin tədarükü üzrə Azərbaycan, Gürcüstan və Avropanı birləşdirəcək “yaşıl dəhliz” yaratmaqla bu növ enerji üçün körpü rolunu oynaya bilərik”.
V.Popesku Rumıniyanın enerji resurslarının şaxələndirilməsi imkanlarını nəzərdən keçirdiyini bildirərək, Yunanıstan və Bolqarıstan arasında yaradılmaqda olan IGB interkonnektorun tikintisinin tezliklə başa çatacağına ümidvar olduğunu deyib.