Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Nazir: “Trampın Türkiyəyə sanksiyanı ləğv etmək hüququ var”

“Ölkəmizin havadan müdafiə sisteminə ehtiyacı var. “S-400” sistemindən baha olmasına baxmayaraq, ABŞ-dan “Patriot” istədik, müxtəlif bəhanələrlə bundan imtina etdilər”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu bildirib ki, ABŞ prezidenti Donald Tramp bu məsələni bildiyi üçün Türkiyəyə sanksiya tətbiq etmək istəmir: “Donald Tramp Yaponiyada verdiyi vədə əməl etməyə çalışır. Onun bu sanksiyanı dayandırmaq və ya ləğv etmək hüququ var”.

Qeyd edək ki, Türkiyənin Rusiyadan “S-400” Zenit raket-müdafiə sistemini alması ABŞ və NATO ölkələrinin narazılığına səbəb olub.

Check Also

5,2 milyon manatlıq müqavilə tender keçirilmədən Abid Şərifovun şirkətinə verilib

Həmin dövrün maliyyə hesabatında şirkətdə təxminən 260 min funt sterlinq vəsait göstərilirdi; Meydan TV bunu …