Cümə , 27 Dekabr 2024
Drone Cameras

Nazirin can verən rüşvətxor səhiyyəsi ABŞ tribunasında – Detallar

Ölkənin səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanı bütün dünyada rəzil etməkdədir. Əhalinin narazılığı azmış kimi, artıq dünya da səhiyyəmizdən agahdır

Boyukmillet.com-ın xəbərinə görə, ABŞ-ın Azərbaycana səfər edən vətəndaşlarını ölkəmizdəki apteklərdən dərman almamağa çağırması buna dair faktdır.

ABŞ Dövlət Departamentinin çağırışı isə ciddi siqnaldır və cəmiyyətdə həyəcan təbili çalmaq üçün yeni zəmindir. 

Bu o deməkdir ki, həmin apteklərdə təhlükəli, yararsız, zərərli dərmanlar var və Azərbaycan vətəndaşları da amerikalılar kimi əczaxanalardan imtina etməlidirlər. 

Səhiyyəmizin doğum evlərində, uşaq xəstəxanalarında, digər müəssisələrində yaşanan ab-hava da, bu gün hər kəsin “yaralı yeri”nə çevrilib. 

Hələ həmin müəssisələrdə vaxtı keçmiş dərmanlardan, yarasız hala salınmış avadanlıqlardan təkrar istifadə olunması haqda danışmırıq, dövlətin vətəndaşına verdiyi pal-paltarların, ərzaq məhsullarının və digər ləvazimatların, rəhbərlik tərəfindən hansı yollarla “qeybə” çəkdirməsindən bəhs etmirik. 

Əksər hallarda savadsız həkimlərin əksəriyyəti minbir dərdə salmasından və onların ayrı-ayrı firmalarla işbirliyinə girərək vətəndaşları “soymaq” məqsədilə bazarlıq etmələrindən, həkim “resepti”ni oxumağı bacarmayan tibb bacılarının varlığından və digər neqativ amillərin varlığıdan da gileylənmirik. 

Çünki bütün bunlar bugünkü səhiyyəmizdə yaşanan ab-havanın varlığıdır, görünən tərəfidir. Ölkənin adını batıran, dünyada rüsvay edən, səhiyyəsini ABŞ kimi supergüc dövlətin ali orqanlarından birinin tribunasından çağırışla biabır edən bir nazir yalnız və yalnız istefa verməlidir. 

Hazırda ölkə tibbində ana və uşaq ölümləri, səhv diaqnozlar, rüşvətxorluq, xəstələrin yaxınlarının soğan qabığı kimi soyulması adi haldır. 

Afrika qitəsindəki geridəqalmış dövlətlərdə belə səhiyyə mövcuddur. Avropa ölkəsi sayılan Azərbaycanda isə Şirəliyevin sayəsində səhiyyəmiz Afrika qitəsinə yaxınlaşıb. 

Ümumdünya Səhiyyə Təşkilatının siyahısında da Azərbaycanın adı utanverici yerlərdədir. Ona görə də ABŞ-dan öz vətəndaşlarına xəbərdarlıq sinqnalı çox ciddi məsələdir. 

Palitika.Az-ın xəbərinə görə, minlərlə vətəndaşın büdcədən ayrılan pulları, dərmanları mənimsənilir, satılır, biznesə çevrilir. 

Rayon xəstəxanaları dəhşətli vəziyyətdədir. Lənkəran, Bərdə, Beyləqan, Sabirabad və əksər rayonlarda xəstəxanalar soyğunçuluq yuvasına çevriliblər. 
Özünə hörmət qoyan bir dövlət vətəndaşlarını əsla rüşvət bataqlığında boğulan bir ölkənin səhiyyəsinin caynağına atmaz. 

Ona görə də ABŞ Dövlət Departamentinin viza və səyahətlər bölməsində yer almış xəbərdarlığı yerində olan çağırış idi. 
Son zamanlar Azərbaycanda doğuş zamanı ana və uşaq ölümü ilə bağlı məlumatların sayı artıb. Ekspertlər doğuş sahəsində vəziyyət “daha ciddidir” və statistik göstəricilər gerçəkliyi əks etdirmir” deyə həyəcan təbili çalırlar. 

Səhiyyə Nazirliyi isə hər dəfə olay baş verəndən sonra iddiaları rədd edərək, doğum zamanı ölən ana və uşaq sayında artım olmadığını deyir. Hətta doğuş zamanı ölümlərin çox vaxt anaların öz günahı ucbatından baş verdiyini bildirirlər.

ABŞ-ın xəbərdarlığına gəlincə, dərman bazarında keyfiyyətsiz dərmanlar, inhisarçılıq adiyə çevrilib.

Xatırladaq ki, mətndə Azərbaycanda mövcud olan tibb sisteminin problemli və peşəkar olmaması vurğulanır: “Biz sizə əgər fövqəladə dərəcədə əhəmiyyətli deyilsə, Azərbaycanda tibbi əməliyyat etməməyi tövsiyə edirik”.

Müraciətdə ölkəmizdəki apteklərdə satılan dərmanların tərkibi də şübhə altına alınıb: “Azərbaycandakı apteklərdə dərmanların çoxu markaları və dozaları daşımadığından özünüzlə ABŞ-da reseptlə buraxılmış, orjinal qutusunda olan kifayət qədər lazımi dərmanlar götürün. Bu respet sizin şəxsi həkiminiz tərəfindən səfəriniz üçün yazılmış olmalıdır”.

ABŞ idarəsi həmçinin Bakıda təcili və keyfiyyətli tibbi xidmətin normal işləmədiyini qeyd edib: 

“Bakıda sutka ərzində beynəlxalq SOS siqnalı ilə yalnız bir tibbi klinika fəaliyyət göstərir. Bu klinika isə fövqəladə vəziyyətlər zamanı yalnız əhəmiyyətsiz tibbi problemləri həll edə bilir”.

Rəsmi mətndə deyilir ki, Azərbaycanda vərəm yayılıb. Həmçinin ABŞ vətəndaşlarına bütün lazımi peyvəndlərin vurulması xatırladılır: “Tibbi təxliyə üçün əlavə sığorta edilmənizi israrla tövsiyə edirik”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir