Cümə , 5 Dekabr 2025
Drone Cameras

Nazirlər Kabineti bu barədə QƏRAR VERDİ – Yeni qaydalar TƏSDİQLƏNDİ

Minatəmizləyənlərə standart əməliyyat prosedurlarına dair təlimlərin keçirilməsi Qaydası təsdiqlənib.

Boyukmillet.com-un xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Təlimlər Azərbaycan Respublikasının ərazisində minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanlarının (qurumlarının), hüquqi və fiziki şəxslərin (bundan sonra – Sifarişçilər) müraciətləri əsasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən keçirilir. Təlimlərin məqsədi minatəmizləyənlərə vəzifə və öhdəliklərini qənaətbəxş şəkildə yerinə yetirmək üçün bilik, bacarıq və vərdişləri yüksək səviyyədə aşılamaqdır.

Təlimi bitirmiş şəxslərin bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsi Agentliyin yaratdığı İmtahan Komissiyası tərəfindən iki mərhələdə aparılır. Qiymətləndirilmə zamanı verilən sualların və tapşırıqların sayı və məzmunu İmtahan Komissiyası tərəfindən müəyyən edilir. Nəzəri biliklərin qiymətləndirilməsi mərhələsi test üsulu ilə həyata keçirilir, sualların ən azı 70 (yetmiş) faizinə düzgün cavab vermiş şəxslər praktiki bacarıqların və vərdişlərin qiymətləndirilməsi mərhələsinə buraxılırlar. Praktiki bacarıq və vərdişlərin qiymətləndirilməsi mərhələsi sahə şəraitində nümayiş metodundan istifadə edilməklə həyata keçirilir. Bu mərhələdə verilən tapşırığı (tapşırıqları) müvafiq Standart Əməliyyat Prosedurlarının tələblərinə uyğun icra etmiş şəxslərə Agentlik tərəfindən sertifikat verilir.

Check Also

Prezidentin Qərbi Azərbaycana qayıdışla bağlı bəyanatı Ermənistanı silkələdi –Ulu Öndərin Göyçə anonsu və ilginc reaksiyalar  

Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının öz ata-baba yurdlarına qayıdacağına inandığını bəyan edib.Musavat.com-un məlumatına …