Cümə axşamı , 26 Fevral 2026
Drone Cameras

Neft Daşlarında insident baş verib

Neft Daşlarında insident baş verib.

SOCAR-dan bildirilib ki, dekabrın 12-də saat 11:50 radələrində Neft Daşlarında SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib. Nəticədə Anar Əsgərov Azər Xalıqova bıçaqla xəsarət yetirib. A.Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.

SOCAR-ın rəhbərliyi və kollektivi baş vermiş hadisədən kədərləndiklərini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər. (azertac)

 

Boyukmillet.com

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir