Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

“Neftçi” qanalı hücumçunun göndərilməsinə münasibət bildirib

“Neftçi” futbolçusu Qodsvey Donyonun Kiprin “Apollon” (Limassol) klubuna keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Paytaxt təmsilçisinin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev “Report”a açıqlamasında belə məsələnin gündəmdə olduğunu, lakin prosesin tam yekunlaşmadığını deyib.

Klub rəsmisi Yaponiyanın “Cef Yunayted İtixara Tiba” klubunun braziliyalı hücumçusu Matheus Saldanyanın transferi üçün isə danışıqların davam etdiyini söyləyib.

Qeyd edək ki, Qodsvey Donyo ötən il “Neftçi”yə keçib. Onun “ağ-qaralar”la müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulmuşdu.

Check Also

“Qarabağ” dünya reytinqində daha 17 pillə irəlilədi

“Qarabağ” klubu dünya reytinqində daha 17 pillə irəliləyib. Boyukmillet.com -un məlumatına görə, bu, Beynəlxalq Futbol …