Cümə , 27 Mart 2026
Drone Cameras

Niderland səfiri Azərbaycan ilə əməkdaşlığın prioritet sahələrini açıqlayıb

“Kənd təsərrüfatı, su və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq Azərbaycan və Niderland arasında əməkdaşlığın əsas inkişaf istiqamətləridir”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Niderland Azərbaycandakı səfiri Paulin Eyzeman bildirib.

Onun sözlərinə görə, ölkələr mədəniyyət və təhsil sahəsində də fəal əməkdaşlıq edirlər. Belə ki, ADA Universiteti ilə Maastrixt Menecment Məktəbi arasında əməkdaşlıq qurulub.

“Bundan başqa, bir çox Niderland şirkətləri artıq Bakı limanı ilə əməkdaşlıq edir. Bakı limanı ilə Rotterdam limanı arasında münasibətləri inkişaf etdirməyi planlaşdırırıq”,- səfir əlavə edib.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …