Bazar , 19 Yanvar 2025
Drone Cameras

Niderland Ukraynaya 110 milyon avro ayıracaq

Niderland Ukraynaya qışa hazırlıq üçün 110 milyon avro ayırır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Niderland hökumətinin yaydığı məlumatda deyilir.

Vəsait ölkədə sığınacaqların təşkili, dağılmış evlərin təmiri, qaz və elektrik enerjisinin alınmasına sərf olunacaq. Maliyyənin bir hissəsi birbaşa Ukraynanın zədələnmiş enerji şəbəkəsinin təmiri üçün ehtiyat hissələrin alınmasına yönəldiləcək.

Tranş kabinetin oktyabrda Ukraynaya göndərəcəyinə söz verdiyi 70 milyon avroya əlavədir. Maliyyələşdirmə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı vasitəsilə həyata keçiriləcək.

Dünya Bankının və ukraynalı ekspertlərin hesablamalarına görə, ölkəni qışa hazırlamaq üçün azı 3,5 milyard avro lazımdır.

Check Also

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar …