Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Niderlandda “omikron” ştamına görə sərt karantin elan edilib

Niderlandda koronavirusun “omikron” variantının sürətlə yayılmasının qarşısını almaq üçün sərt karantin rejimi tətbiq edilib.

Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mark Rutte bildirib.

Karantin rejimində peşəkar idman yarışları əvvəlki kimi azarkeşlərsiz davam edəcək. Bütün təhsil müəssisələri bağlanacaq.

Ölkə sakinlərinə evdən işləmək və gündə ikidən çox qonaq qəbul etməmək tövsiyə olunur. Yeganə istisnalar Milad və Yeni ildə olacaq, belə ki, bayram günlərində dörd nəfərə qədər qonaq qəbul edilə bilər.

Check Also

İran Hörmüz boğazından keçid üçün rüsumlar haqqında qanun layihəsi hazırlayır

İran parlamenti Hörmüz boğazından keçən bəzi gəmilərdən rüsumların rəsmiləşdirilməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyir. …