Çərşənbə , 26 İyun 2024
Drone Cameras

Niderlandın Baş naziri Ərdoğanla görüş üçün gələn həftə Türkiyəyə gedəcək  

Niderlandın Baş naziri Mark Rutte Türkiyənin NATO çərçivəsində alyansın şərq cinahının müdafiəsi üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Bu barədə “Boyukmillet.com” “Haber Global”a istinadən xəbər verir.

Baş nazir qeyd edib ki, çərşənbə axşamı Türkiyənin paytaxtı Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

“NATO daxilindəki ölkələrin bir-biri ilə intensiv danışıqları davam etdirməsi lazımdır. Türkiyə təbii ki, şərq cinahın müdafiəsi üçün NATO-da böyük əhəmiyyət kəsb edir”, – Rutte vurğulayıb.

Niderlandın hökumət başçısının sözlərinə görə, Türkiyə ilə təmasları yalnız Almaniya qurmamalıdır: “Almaniya Aİ-nin Türkiyə ilə intensiv danışıqlar aparan azsaylı ölkələrindən biridir. Hər mövzuda razılaşmasaq da Türkiyə ilə yaxşı münasibət qurmağı vəzifə hesab edirəm”.

Türkiyəni Rusiya-Ukrayna müharibəsində həm Rusiya, həm də Ukrayna ilə təmasda olan nadir ölkələrdən biri kimi xarakterizə edən Rutte deyib: “Avropa Birliyi və NATO xaricində bunlar yalnız İsrail və Hindistanın baş nazirləri və Türkiyə Prezidentidir. Mən onunla (Rəcəb Tayyib Ərdoğanla-red) bu kontekstdə danışdım və tezliklə onunla görüşə çalışacağımı dedim”.

Niderlandın Baş naziri əlavə edib ki, Türkiyə ilə ikitərəfli münasibətlər hər zaman yaxşı olub: “Çərşənbə axşamı Prezident Ərdoğanla görüşmək üçün Ankaraya gedəcəyəm”.

Check Also

Rusiya maye qazının Avropa limanları vasitəsilə daşınması qadağan olunacaq

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyanı daha da sərtləşdirir Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya qarşı elan …