Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Nigeriyada azı 21 etirazçı polis tərəfindən öldürülüb

Nigeriyada bir həftədir davam edən hökumət əleyhinə kütləvi etirazlar zamanı azı 21 nəfər polis tərəfindən öldürülüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Hüquq-mühafizə orqanları ilə toqquşmalar Azare, Kaduna, Kano, Mayduquri və Sulekha şəhərlərində qeydə alınıb. Polis bəzi yerlərdə gözyaşardıcı qazdan da istifadə edib.

İyulun əvvəlində Nigeriyanın ən böyük həmkarlar ittifaqları federal hökumətlə minimum əmək haqqı ilə bağlı razılığa gələ bilmədikdən sonra tətil etmək qərarına gəliblər. Hökumət rəsmiləri bu məbləği ayda 60 min nayr (təxminən 37 dollar) məbləğində müəyyənləşdirməyi təklif ediblər.

Prezident Bola Tinubu avqustun 4-də iqtisadi vəziyyəti normallaşdıracağını vəd edərək etirazçıları dialoqa çağırıb. Bununla belə, nümayişçilərin əksəriyyəti onun arqumentlərini inandırıcı saymayaraq, mübarizəni davam etdirmək əzmində olduqlarını bəyan ediblər.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …